Türkiyə və İran vətəndaşı olan bu şəxslərin Azərbaycandan çıxışı qadağan oluna bilər


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsi Türkiyə vətədaşı Ebubekir Guner və İran vətəndaşı Amin Zeynalpour barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com 
xəbər verir ki, hər iki iddiaya Bakı Kommersiya Məhkəməsində  hakimlər – Aytən Əliyeva və Emin Əliyevin icraatına verilib.  
Məhkəmə iddiası vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıdır.
Məlumat üçün bildirək ki, Ebubekir Guner 14.09.2018-ci ildə dövlət qeydiyyatına alınan “As Design Pərdə” MMC-nin, Amin Zeynalpour isə 12.03.2018-ci ildə dövlət qeydiyyatına alınan “Voon Land” MMC-nin qanuni təmsilçisidir. Hazırda As Design Pərdə” MMC-nin dövlət büdcəsinə 5 min 954 manat 79 qəpik, “Voon Land” MMC-nin isə 2 min 312 manat 70 qəpik vergi borcu var.

DİGƏR XƏBƏRLƏR

Top