İstanbul boğazlarından keçid rüsumu 5 dəfə artırılır


Türkiyə Montrö Boğazlar Konvensiyasının ona verdiyi hüquqlara uyğun olaraq boğazlardan tranzit haqqını beş dəfə artırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Bildirilib ki, 1983-cü ildə 75 faiz endirimlə müəyyən edilən valyuta mübadiləsi ödəniş sistemi ləğv edilib.
Yeni əsasnamənin 7 oktyabr 2022-ci il tarixində qüvvəyə minməsi ilə boğazlardan əldə edilən mayak, xilasetmə və sağlamlıq xərclərini 5 dəfə artırılaraq cari gəlir 40 milyon dollardan 200 milyon dollara yüksəldiləcək.
Qeyd edək ki, 1936-cı ildə imzalanan Montrö müqaviləsinə görə, Türkiyə İstanbul Boğazından keçən və Çanaqqala boğazına girib-çıxan gəmilərdən mayak, xilasetmə və tibbi ödəniş tələb etmək hüququnu özündə saxlayır.

DİGƏR XƏBƏRLƏR

Top