Məşhur futbolçunu döyüb evini qarət etdilər


“Barselona”nın hücumçusu Pyer-Emerik Obameyanq İspaniyadakı evində hücuma məruz qalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “El Pais” nəşri məlumat yayıb.
Bildirilib ki, hücumda azı dörd nəfər iştirak edib. Onlar bu səhər oğurluq etmək üçün Obameyanqın evinə daxil olublar. Silahlı şəxslər Obameyanq və onun yoldaşını küt alətlə vurublar. Quldurlar 33 yaşlı hücumçunu odlu silahla hədələyib, sonra döyüblər. Daha sonra evi qarət edib qaçıblar.
Polis Obameyanqın həyat yoldaşının məlumatından sonra axtarışa başlayıb.
Araşdırmalar aparılır.

DİGƏR XƏBƏRLƏR

Top