Pakistanda ölənlərin sayı 1061 nəfərə çatdı


İyunun 14-dən bəri Pakistanda güclü yağışlar nəticəsində ölənlərin sayı 1061 nəfərə çatıb, 1575 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu brədə Pakistanın Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi (NDMA) məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində daşqınlar 28 nəfərin həyatına son qoyub, 48 nəfəri yaralayıb.
Güclü yağışlar 992 871 evə ziyan vurub, 727 144 heyvan tələf olub.
Ümumilikdə, 33 milyondan çox insan daşqınlardan zərər çəkib, 498 442 nəfər qurbanlar üçün tikilmiş düşərgələrə sığınıb.
İqlim dəyişiklikləri naziri Şerri Rəhman Pakistanın son 10 ilin ən dəhşətli təbii fəlakəti ilə üzləşdiyini bildirib. Onun sözlərinə görə, ölkədə ciddi iqlim faciəsi yaşanır.

DİGƏR XƏBƏRLƏR

Top