Ali məktəblərə ixtisas seçimi başa çatdı


Ali təhsil müəssisəslərinə ixtisas seçimi bu gün 09:00-da başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Məlumata görə, ümumilikdə 66744 ərizə təqdim edilib.
Qeyd edək ki, ixtisas seçimi 28 avqust 23:59-da başa çatmalı olsa da, müddət bu gün 09:00-dək uzadılmışdı. Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olunandan sonra 11 illik bazada kolleclərə ixtisas seçiminə start veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top