Zelenski general-leytenantı işdən çıxardı


Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Milli Qvardiyası komandanının şəxsi heyətlə iş üzrə müavini Yaroslav Spodarı vəzifəsindən azad edib.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidentinin 616/2022 saylı fərmanında deyilir.
Fərman avqustun 26-da imzalanıb.
 “Spodar Yaroslav Boqdanoviç Ukrayna Milli Qvardiyasının komandirinin müavini vəzifəsindən azad edilsin”, - sənəddə deyilir.
Yaroslav Spodar 2014-cü ilin mayından bu vəzifəni tuturdu. 2017-ci ilin oktyabr ayında ona general-leytenant hərbi rütbəsi verilib.
Qərarın səbəbləri məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top