Masallıdakı yanğında insan amili var - Ekologiya Nazirliyi


“Yanğının baş vermə səbəbini konkret olaraq deyə bilmirik. Amma hesab edirik ki, bütün yanğınlarda olduğu kimi, burda da hansısa bir insan amili var".
Yeniavaz.com
APA-ya istinadən bildirir ki, bunu bu gün Masallıda baş verən yanğınla bağlı danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı xidmətinin rəisi Xaliqverdi Hüseynov bildirib
"Əhalinin mal-qara ilə və yaxud da istirahətlə bağlı əraziyə daxil olmasını müşahidə etdik. Bu ərazilərdə insanlar istirahət edir. Kəndin əhalisi və yaxud digər ərazilərdən, digər regionlardan gələn şəxslərlə bağlı hesab edirik ki, hər hansı bir insan faktoru var. Təbii ki, araşdırma gedəcək. Bu gün yanğının səbəbləri ilə bağlı ilkin olaraq hər hansı bir məlumat vermək doğru olmazdı, qeyri-dəqiq olardı”, – deyə xidmət rəisi bildirib.

DİGƏR XƏBƏRLƏR

Top