Zelenski gizli iclas keçirdi


Ukrayna prezidenti Vladimir Zelenski hüquq-mühafizə orqanları ilə gizli görüş keçirib və cəbhədəki vəziyyəti,ordunun ehtiyaclarını müzakirə edib.
Yenoiavaz.com
UNİAN-a istinadən xəbər verir ki, bu barədə Zelenskinin ofisinin mətbuat xidməti xəbər verib.
İclasda Silahlı Qüvvələrin, kəşfiyyat, müdafiə və daxili işlər nazirliklərinin, təhlükəsizlik xidmətinin və digər hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
“Gizli” rejimdə keçirilən görüşdə cəbhədəki vəziyyətlə bağlı operativ məlumatlar dinlənilib, təhlükəsizlik və müdafiənin digər məsələlərinə baxılıb. Ordunun təminatı və tərəfdaşlarla koordinasiya məsələlərini də müzakirə etdik. Bundan əlavə, Zelenski və təhlükəsizlik qüvvələri əvvəlki əmrlərin icrasını nəzərdən keçiriblər.
 

DİGƏR XƏBƏRLƏR

Top