Avqustun 28-də Xerson vilayətinin Rusiya tərəfindən işğal olunmuş Nova Kaxovka ərazisində partlayışlar baş verib.
Yeniavaz.com UNIAN-a istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Nova Kaxovkadakı Rusiya hərbi bazasını vurduğu iddia edilir.
"Rus işğalçılarının Nova Kaxovkadakı bazasının vurulması təsdiqlənib. Mülki əhali zərər görməyib. İşğalçıların itkiləri dəqiqləşdirilir ", - Operativ ZSU “Telegram” kanalı bildirib.
Hadisə yerindən çəkilmiş kadrlar sosial şəbəkəlrədə yayılıb.