KİV: Kəmaləddin Heydərov məşhur generalı vəzifədən azad etdi – Foto


Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.
Yeniavaz.com
xəbər verir ki, Manset.az-ın yaydığı məlumata görə, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Şahmar Paşayev tutduğu vəzifəsindən azad edilərək, sərəncama götürülüb.
Onun yerinə isə FHN-in Bakı Regional İdarəsinin rəisi general-mayor Etibar İsmayılov təyin edilib. FHN-in Bakı Regional İdarəsinin rəisi vəzifəsinə isə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi general Məhərrəm Həsənov təyin olunub.
Mətbuat orqanı bildirib ki, Şahmar Paşayevin vəzifəsindən azad olunaraq sərəncama götürülməsi FHN-nin İctimaiyyətlə Əlaqələr İdarəsindən təsdiq edilib.

DİGƏR XƏBƏRLƏR

Top