Pakistanda ölənlərin sayı 1000-i ötdü - Son sutkada daha 119 nəfər...


Pakistanın Milli Fəlakət İdarəetmə İdarəsinin (NDMA) açıqladığı rəqəmlərə görə, iyun ayından bəri ölkədə musson daşqınları nəticəsində ölənlərin sayı 1033 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, qurumun açıqladığı rəqəmlərə görə, son 24 saat ərzində ölkənin bəzi bölgələrində leysan yağışların davam etməsi nəticəsində daha 119 nəfər ölüb.
Rəsmilərin dediyinə görə, bu ilki musson daşqınları 33 milyondan çox insana (hər yeddi pakistanlıdan biri) təsir edib və bir milyona yaxın ev dağılıb və ya ciddi ziyan görüb.
NDMA iki milyon hektardan çox əkin sahəsinin və 3451 kilometr yolun məhv edildiyini, həmçinin 149 körpünün su altında qaldığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top