Makron Əlcəzairdə "Rədd ol!" şüarları ilə qarşılandı - Video


Fransa Prezidenti Emmanuel Makron Əlcəzairə səfəri zamanı yerli sakinlər tərəfindən sərt tənqidlərlə üzləşib.
Yeniavaz.com
xəbər verir ki, bunu əks etdirən kadrlar sosial şəbəkələrdə yayılıb.
Belə ki, Makron rəsmi görüşdən sonra Əlcəzairin Oran şəhərində küçə ilə piyada hərəkət edərkən "Yaşasın Əlcəzair" və "Rədd ol!" şüarları ilə qarşılaşıb. Makron etirazlar səbəbilə Oran səfərini yarımçıq dayandırmalı olub.
Qeyd edək ki, bu, Makronun Əlcəzairə keçən ilki diplomatik qalmaqaldan sonra ilk səfəridir. O, daha əvvəl əlcəzairliləri müstəmləkə keçmişlərinə görə fransızlara nifrət etməkdə ittiham etmişdi. İndi isə o, əlaqələri yenidən bərpa etmək üçün buraya səfər edib. Fransızlar Əlcəzairlə yeni qaz müqaviləsi bağlamaq istədiklərini gizlətmirlər. Amma hələlik tədarük şərtləri ilə bağlı razılıq əldə olunmayıb.

DİGƏR XƏBƏRLƏR

Top