ABŞ gəmiləri Tayvan boğazına daxil olub


ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi Tayvan boğazından keçməyə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi  ABŞ administrasiyasının üç nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumatlara görə, manevrdə beynəlxalq sularda fəaliyyət göstərən “Antietam” və “Chancellorsville” esminesləri iştirak edir.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının Hind və Sakit okean regionları üzrə koordinatoru Kurt Kempbell Tayvan ətrafındakı vəziyyətlə bağlı brifinqdə ABŞ-ın hava və dəniz məkanında fəaliyyətini davam etdirəcəyini bildirmişdi. Onun sözlərinə görə, buna Tayvan boğazından standart keçidlərin [gəmilərin] aparılması da daxildir.
Qeyd edək ki, Tayvan boğazında və bütün Asiya-Sakit okean regionunda vəziyyət Pelosinin avqustun 2-3-də Taypeyə etdiyi səfərdən sonra gərginləşib və bu, Çinin kəskin tənqidinə səbəb olub. Pekin dəfələrlə Vaşinqtona xəbərdarlıq edib ki, ABŞ hökumət iyerarxiyasında üçüncü ən yüksək mövqe tutan Pelosinin səfəri baş tutarsa, cavab tədbirləri görəcək.
Artan gərginlik fonunda Çin Silahlı Qüvvələri avqustun əvvəlindən öz sahillərində bir sıra təlimlər keçirir.

DİGƏR XƏBƏRLƏR

Top