
Pakistan İslam Respublikasının xarici işlər naziri Bilaval Bhutto-Zərdari Azərbaycana təşəkkür edib.
Yeniavaz.com xəbər verir ki, nazir bu barədə tvitter hesabında yazıb.
"Təşəkkür Azərbaycan", - deyə Bilaval Bhutto-Zərdari ölkəmizin buradakı səfirliyinin Azərbaycanın Pakistana ayırdığı yardımla bağlı paylaşımına istinad edərək bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev, Pakistanda çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti tərəfindən bu ölkələyə 2 milyon ABŞ dolları məbləğində yardım göstərilməsini tapşırıb.