
Qazaxıstan hakimiyyəti gələn il avqustun sonuna qədər hərbi məhsulların ixracını dayandırmaq qərarına gəlib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
"Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smailov müdafiə sənayesi məsələləri üzrə komissiyanın iclasını keçirib. İştirakçılar Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin silah, hərbi texnika və hərbi təyinatlı məhsulların ixracının cari ilin sonunadək dayandırılması təklifinə baxıblar. Komissiya üzvləri bu təklifi dəstəkləyiblər”, - deyə məlumatda bildirilib.