Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində ölənlərin sayı 1000-ə yaxınlaşıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, güclü yağışlar nəticəsində 982 nəfər dünyasını dəyişib, 1456 nəfər isə xəsarət alıb.
Yağışlar nəticəsində 802 min 582 təsərrüfat heyvanı tələf olub, 682 min 139 evə ziyan dəyib.
Ölkə ərazisində çadır şəhərciklərinə sığınanların sayı 498 min 833 nəfərə yüksəlib.
Bütövlükdə, Pakistanda 33 milyon insan musson yağışlarından təsirlənib, on minlərlə insan evsiz qalıb.