XİN başçısı Zoltan Hernyeşi qəbul edib


Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Zoltan Hernyeşi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-dən Yeniavaz.com-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycan Respublikası ilə Avropa Şurası arasında səmərəli dialoqun mövcud olduğunu vurğulayıb. AŞ ilə əməkdaşlığa dair 2022-2025 illər üzrə fəaliyyət planının vacib istiqamətlərdən biri olduğunu qeyd edib. Bu xüsusda, Azərbaycan ilə təşkilat arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün dialoqun davam etdiyini, bir sıra layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

DİGƏR XƏBƏRLƏR

Top