Fransa və ABŞ səfirlərinin Şuşaya getməmələri ilə bağlı - Açıqlama


“Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşada deyillər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər”.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransda deyib.

H. Hacıyev bunun ərazi bütövlüyümüzə hörmətsizlik kimi qəbul edildiyini bildirib:

“Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Çünki bu ölkələrə görə münaqişə hələ bitməyib”.

O qeyd edib ki, Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişəyə töhfə verməyib:

"Onlar 30 il bizim, Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər".

DİGƏR XƏBƏRLƏR

Top