Ötən gün həlak olan hərbçi dəfn olundu - Fotolar


Ötən gün Göranboy rayonunda yol qəzasında həlak olan hərbçi doğulduğu torpaqda dəfn olunub.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, müddətdən artıq xidmət edən Vahid Maarif oğlu Ərəblinski bu gün doğulduğu Zaqatala rayonu Aşağı Tala kəndində hərbi orkestrin müşayiəti və yaylım atəşi ilə dəfn edilib.
Hərbçinin dəfn mərasimində onun qulluq etdiyi hərbi hissənin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, general Ərəblinskinin nəticəsi olan Vahid Ərəblinski ötən gün Goranboy rayonunun Buzluq kəndi ərazisində idarə etdiyi “Ural” markalı avtomobilin dərəyə aşması nəticəsində həyatını itirib.



DİGƏR XƏBƏRLƏR

Top