Brüssel görüşündə müzakirə olunacaq məsələlər açıqlandı


"Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bu ayın sonunda Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək".

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən konfransda deyib.

"Biz ümid edirik ki, bu görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq. Ancaq biz bütün bu proseslə bağlı Ermənistan tərəfindən tərəddüdlər görürük", - deyə o bildirib.

H. Hacıyev daha əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiya ilə bağlı komissiyanın yaradılmasına dair razılıq əldə olunduğunu xatırladıb:

"Həmçinin, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri Moskvada görüşəcəklər, onlar nəqliyyat-kommunikasiya və delimitasiya məsələlərini müzakirə edəcəklər".

O, hazırda iki ölkə arasında danışıqların sərhədlərin delimitasiyası, humanitar, nəqliyyat-kommunikasiya və sülh sazişinin hazırlanması məsələləri olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top