Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur müğənnisi Gülşən Çolakoğlu həbs edilib. Gülşən haqqında İmam Hatip tərəfdarlarını hədəf alan sözlərindən sonra həbs qərarı verilib. Bu hadisədən Türkiyənin bir çox məşhur sənət adamları Gülşənin həbs qərarına qarşı çıxıb və müğənniyə dəstəklərini ifadə ediblər.
Yeniavaz.com xəbər verir ki, dünyaca məşhur türk müğənnisi Tarkan da həmin sənətçilərin sırasına qoşulub.
O, instaqram hesabında etdiyi paylaşımda Gülşənə dəstəyini ifadə edib.
“Şahidi olduğumuz hüquqsuzluqlar, ədalət sisteminin ikiüzlülüyü və təhrifləri qarşısında hər gün bir az daha təəccüb içərisində qalırıq.
Azyaşlılara cinsi təcavüz edənləri, qadın qatillərini, təcavüzkarları həbs etməyən, hətta bəzən heç araşdırmadan sərbəst buraxanlar Gülşənə gəlincə təcili hərəkətə keçirlər. Korrupsionerləri, oğruları, qanunları çeynəyib təbiəti məhv edənləri, heyvanları öldürənləri, dini özünün fanatik düşüncələrinə alət edib cəmiyyəti qütbləşdirənləri görməzdən gələn hüquq sistemimiz Gülşəni bir andaca həbs edir.
Gülşənə qarşı edilən bu ədalətsiz sonlanmalı və Gülşən elə indi sərbəst buraxılmalıdır”, - paylaşımda bildirilib.