Kimsəsiz təqaüdçü: "Aldığım pensiya heç dərmanlarıma çatmır" - Video


Alatavada yaşayan Suğra Seydiyeva kimsəsiz, təqaüd ilə dolanan, yoxsulluqdan əziyyət çəkən qadındır. Əvvəllər müxtəlif yerlərdə dərzi işləyib, güzəranı yaxşı olub. Amma təqaüd yaşına çatandan sonra yoxsullaşmağa başlayıb.
İndi onun işləməyə gücü yoxdur. Suğra Seydiyeva aldığı təqaüdün dərmanlarına belə çatmadığını, yaşadığı evin isə baxımsızlıqdan günü-gündən yaşanılmaz vəziyyətə düşdüyünü deyir.Azərbaycanda Suğra Seydiyeva kimi təqaüdçülərin sayı çoxdur.

Onu dinlədikcə sual yaranır ki, kimsəsiz yaşlı insanların baxımına cavabdeh kimdir?
Yeniavaz.com xəbər verir ki, bu barədə gənc iqtisadçı Fərid Mehralızadə “Toplum TV”yə açıqlamasında bildirib ki, Azərbaycanda xüsusilə yaşlı şəxslərin, baxıma, xidmətə ehtiyacı olan şəxslərin bu problemlərlə üzləşməsi həm də yerli özünü idarə etmə sistemi ilə bağlıdır.
İqtisadçı ölkədə minimum pensiya məbləğinin insanın aylıq istehlak xərclərini qarşılamasına imkan vermədiyini vurğulayır. Dost Mərkəzinin xidmətləri arasında ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərin sosial xidmət müəssisələrinə yerləşdirilməsi həyata keçirilir. Dost Mərkəzinin mətbuat katibi Şahin Əliyev Toplum Tvyə açıqlamasında bildirib ki, dost mərkəzinin sosial xidmətindən yararlanmaq üçün vətəndaş özü müraciət etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top