Hərbi qulluqçumuz həlak oldu


"Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik".

Bu barədə Yeniavaz.com-a Müdafiə Nazirliyindən bildirilib.

"Faktla bağlı araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir. Allah rəhmət eləsin", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Vahid Ərəblinski Çar Rusiyası generalı Balakişi Ərəblinskinin nəticəsidir, subay idi. Balakişi bəy Ərəblinski (1828-1902) Rusiya İmperator Ordusunun zabiti, general-leytenant olub.

DİGƏR XƏBƏRLƏR

Top