Vəfat edən nazir müavini 20 gün komada qalıbmış - Yenilənib


Yaxınlarının “Unikal”a verdiyi məlumata görə, general-leytenant N. Məmmədov bir müddət bundan öncə koronavirusa yoluxubmuş.

Aparılan müalicə tədbirlərinə baxmayaraq, virus generalın tənəffüs orqanlarında fəsad yaradıb, nəfəs almağında çətinliklər yaranıb. 
Son günlərdə isə generalın vəziyyəti ağırlaşıb və o, paytaxtda yerləşən klinikaların birinə yerləşdirilib. İyirmi gün komada qalan N. Məmmədovu xilas etmək mümkün olmayıb və o vəfat edib.
Mərhum general “Qurd qapısı” qəbiristanlğında dəfn ediləcək.
Yas mərasimi isə avqustun 29-da Heydər məscidində keçiriləcək.
Qeyd edək ki, 70 yaşı olan Nazim Məmmədov 2007-2018-ci illər Dövlət Gömrük Komitəsinin sədr müavini olub, 2018-ci ildən fövqəladə hallar nazirinin müavini vəzifəsini tutub.

***26 avqust, saat 23:08
Fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı Nazim Məmmədov vəfat edib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, nazir müavini bu gün dünyasını dəyişib.
Məlumatı Nazirlikdən təsdiq ediblər.

DİGƏR XƏBƏRLƏR

Top