Rusiyanın Azərbaycandakı səfirliyində biometrik pasportların verilişi dayandı


Rusiyanın Azərbaycan, Almaniya, Latviya, Türkiyə, İsveç, Estoniyadakı səfirlikləri texniki səbəblərə görə elektron yaddaş daşıyıcısı olan və etibarlılıq müddəti on il olan biometrik xarici pasportların verilməsini dayandırıb.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Almaniyada biometrik pasportlar avqustun 29-dan, qeyd olunan digər ölkələrdə isə 26-dan verilməyəcək.

Pasportların verilməsinin dayandırılma müddəti hələlik bilinmir.

Rusiyanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, pasportların elektron yaddaş daşıyıcısı ilə hazırlanması məsələsi həll olunana qədər verilməsi dayandırılıb.

 

DİGƏR XƏBƏRLƏR

Top