Norveç Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi növbəti sanksiyalara qoşuldu


Norveç hakimiyyəti Avropa İttifaqının iyulun 21-də tətbiq etdiyi anti-Rusiya sanksiyalarının yeddinci paketinə qoşulub. 
Yeniavaz.com
xəbər verir ki, müvafiq bəyanat Norveç hökumətinin saytında dərc olunub. “Aİ-nin 21 iyul 2022-ci ildə qəbul etdiyi sanksiyalar paketi Norveç qanunlarına daxil edilib və bu gün Norveçdə qüvvəyə minir”, - deyə mətndə bildirilib.
Yeni məhdudiyyətlərə Rusiya Federasiyasından qızılın, habelə zərgərlik məmulatlarının alınmasına, idxalına və ya köçürülməsinə qadağa, Rusiya fiziki və hüquqi şəxslərindən bank əmanətlərinin qəbulu qaydalarının sərtləşdirilməsi, ikili təyinatlı malların və texnologiyaların siyahısının genişləndirilməsi daxildir.

 

DİGƏR XƏBƏRLƏR

Top