Azərbaycan XİN Pakistana başsağlığı verdi


Azərbaycan Xarici İşlər Nazirliyi Pakistan Respublikasına baş vermiş daşqınla bağlı təəssüf hissini bildirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə nazirliyin tvitterində bildirilib.

“Qardaş Pakistanda daşqın xəbərlərini dərin hüznlə qarşılayırıq. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və bütün xəsarət alanlara tezliklə sağalmalarını diləyirik. Qardaş Pakistan İslam Respublikasının xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk”, - deyə nazirliyin paylaşımında vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top