Mingəçevirin icra başçısı sakinlərlə görüş keçirdi - Fotolar


Mingəçevirdə bu gün sakinlərlə səyyar görüş keçirilib.
Yeniavaz.com
xəbər verir ki, görüşdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov əvvəlcə Azərbaycan Ordusunun Laçına daxil olması münasibətilə Azərbaycan xalqını və laçınlıları təbrik edib. Daha sonra söz sakinlərə verilib. Sakinlər isə bu dəfə digər problemlər barədə danışmayıblar. Onlar şəhərdə görülən işlərdən məmun olduqlarını bildiriblər. Sakinlərlə görüşdə çıxış edən millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, Mingəçevirdə çox böyük işlər görüləcək:
”Biz bunu icra başçısı ilə hər an müzakirə edirik. Sosial evlər tikiləcək, iş yerləri qurulacaq. Ölkə rəhbərinin bu şəhərə böyük diqqət və qayğısı var”.
Sonda görüşdə iştirak edən millət vəkili və icra başçısı parkda qurulan şəraitlə tanış olublar.

Esmira Hidayətova, Mingəçevir

 

DİGƏR XƏBƏRLƏR

Top