Bakıda I sinfə qəbula müraciət edənlərin sayı açıqlandı


Avqustun 26-na (saat 17:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 45 930 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yeniavaz.com-a verilən xəbərə görə, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 8 124 elektron müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 1 549-i məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərində, 1 258-i onlayn Alternativ qeydiyyat mərkəzlərində (“WhatsApp”müraciətləri), 5 317-i sistemin “Əlaqə” bölməsində cavablandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top