"Qarabağ"ın qrupdakı rəqibləri bilindi


“Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib.
Yeniavaz.com
xəbər verir ki, İstanbul şəhərində baş tutan püşkatma nəticəsində Ağdam təmsilçisi G qrupunda yer alıb.
Komandamız G qrupunda bu klublarla mübarizə aparacaq: "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant" (Fransa).

Qeyd edək ki, qrup mərhələsinin matçları 8, 15 sentyabr, 6, 13, 27 oktyabr və 3 noyabr tarixlərində keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top