Laçınla bağlı məruzəni edən general kimdir?


Xəbər verdiyimiz kimi, 5-ci ordu korpusunun komandiri general-mayor Kənan Seyidov Laçın şəhərinin, həmçinin Zabux və Sus kəndlərinin nəzarətə götürülməsini məruzə edib.
Yeniavaz.com
xəbər verir ki, Kənan Əlihüseyn oğlu Seyidov 1 May 1974-cü ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub.
Kapitan ikən Kənan Seyidov Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 2003-cü il tarixli 887 nömrəli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Polkovnik-leytenant olan zaman Kənan Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2014-cü il tarixli 575 nömrəli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.
Həmçinin Polkovnik-leytenant Kənan Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən “İgidliyə görə” medalı ilə də təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kənan Seyidova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
2021-ci ilin iyulunda Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Seyidov Kənan Əlihüseyn oğlu Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini - qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri təyin edilib.



DİGƏR XƏBƏRLƏR

Top