“Azərsun”un müflis olan şirkəti müraciət yaydı


Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə müflis elan edilən "Caspian Pharmed" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: 1602868251) kreditorlara müraciət edərək onlardan 15.09.2022-ci il tarixinədək tələblərini qeydiyyata aldırmalarını istəyib.
Yeniavaz.com
 xəbər verir ki, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 2023-cü məhəllə, ev 92 A ünvanında yerləşən "Caspian Pharmed"in səhmdarları İranın "TPİCO" (49% pay), Azərbaycanın "Azersun Holdinq" (26% pay) və Azərbaycan İnvestisiya Şirkətidir (25% pay).
Nizamnamə kapitalı 668 min manat olan "Caspian Pharmed" QSC 5 il əvvəl dövlət qeydiyatına alınıb. Dərman istehsalı ilə məşğul olan şirkətin ilk zavodunun təməlqoyma mərasimi 2017-ci ilin yanvar ayında Pirallahı Sənaye Parkında atılıb.

DİGƏR XƏBƏRLƏR

Top