Türkiyəli jurnalist "Qarabağ"a görə üzr istədi - Foto + Yenilənib


 “Fənərbağça”nın Avropa Liqasındakı potensial rəqiblərini dəyərləndirərkən “Qarabağ”ı Ermənistan komandası kimi təqdim edən Türkiyəli idman jurnalisti Gürcan Bilgiç buna görə üzr istəyib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Instagram” hesabındakı son paylaşımın şərh hissəsində yazıb:
“Sevgili qardaşlarım, əsəbinizi anlayıram. Canınız sağ olsun. Gecə saat 01:30-da günün yorğunluğundan vəziyyət qarışdı. Qarabağ - Qaradağ (Monteneqro - red.) deyərkən bir səhv elədim. Üzrlü sayın. Xətrinizə dəymişəmsə, üzr istəyirəm. Haqqınızı halal edin”.



***12:06
Türkiyəli idman jurnalisti Gürcan Bilgiç “Fənərbağça”nın Avropa Liqasındakı potensial rəqiblərini dəyərləndirərkən “Qarabağ”ı Ermənistan komandası kimi təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu hal “A Spor” telekanalında yayımlanan “Son Sayfa” verilişində yaşanıb.
G.Bilgic çıxışı zamanı ““Qarabağ” Ermənistan komandası deyilmi?” söyləyib.
Bu hadisə sosial şəbəkələrdə kəskin tənqidlərə məruz qalıb, idman jurnalistinin verilişə buraxılmaması tələb olunub.

DİGƏR XƏBƏRLƏR

Top