Anası ona Xocalıdakı qızın adını qoymuşdu, o da şəhid oldu - Video


Türkiyənin NTV telekanalında yayımlanan “Empati” verilişində Xocalı faciəsi ilə bağlı çəkilmiş filmdən söhbət açılıb.
Yeniavaz.com
xəbər verir ki, aparıcı verilişin qonağı aktrisa Burcu Biricikə 2017-ci ildə terror aktı nəticəsində şəhid olan müəllim Aybüke Yalçının həyat hekayəsini danışıb.
Aparıcı şəhid müəllim haqda bunları deyib:
“Aybüke müəllimin ailəsi hələ uşaqları yox ikən bir film izləyib. Film 1992-ci ildə Azərbaycanın Qarabağ bölgəsində Xocalı şəhərindəki hücumda həyatını itirənlər haqda imiş. Orada həyatını itirən balaca qızın hekayəsi onları çox təsirləndirib. Bildiyiniz kimi, Xocalıda həyatını itirən 613 nəfər var. Həyatını itirən uşaqların birinin də adı Aybükedir (Aybikə). Anası filmi izlədikdən sonra göz yaşlarına əngəl ola bilməyib, qız övladı olarsa, ona bu adı vermək qərarına gəlib. Buna görə adı Aybükedir”.
Qeyd edək ki, 22 yaşlı Aybüke Yalçın Batmanın Kozluk rayonunda 2017-ci il iyunun 9-da şəhid olub. Belə ki, məktəbdən evinə qayıdan müəllim PKK-nın bələdiyyə sədri Veysi İşıkın avtomobilinə qarşı etdiyi hücumda yaralanıb və xəstəxanada həyatını itirib.

DİGƏR XƏBƏRLƏR

Top