“Xutor”da daha 13 narkotacir saxlanıldı - Video


Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində rayonun Şimal şitilliyi (“Xutor”) adlanan ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 13 nəfər müəyyən olunaraq saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu şəxslərdən 10-u barəsində Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb. Digər 3 şəxs isə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub.
Aşkar olunan hər bir faktla bağlı araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top