Bakıdan Antalyaya uçan təyyarə geri qayıtmalı oldu


“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 027 nömrəli Bakı-Antalya reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib:
"Sərnişinlər digər təyyarə ilə Antalyaya yola düşəcəklər".

DİGƏR XƏBƏRLƏR

Top