Çanaqqala boğazında tanker qəzaya uğradı


Türkiyə Sahil Mühafizəsi bildirib ki, axşam saatlarında Rusiyadan Yunanıstana gedən türk tankeri Çanaqqala boğazında iki nəfərin olduğu qayıqla toqquşub.
Yeniavaz.com
Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində itki yoxdur. Qayıq Yelibol şəhərinin estakadasına çəkilib. Hadisə Karakuz tankeri boğazdan keçərkən baş verib. Gəminin kapitanı toqquşma barədə dərhal sahil mühafizəsini xəbərdar edib və hadisə yerinə iki yedək gəmisi göndərilib.
Hadisə ilə bağlı araşdırma aparılır. 

 

DİGƏR XƏBƏRLƏR

Top