MİQ üzrə müsahibələr yekunlaşdı


Avqustun 25-də 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi başa çatıb.

Bu barədə Yeniavaz.com-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, müsahibə mərhələsinin son günündə fizika (Azərbaycan və rus bölməsi), ibtidai sinif (Azərbaycan və rus bölməsi), Azərbaycan dili, alman dili (Azərbaycan və rus bölməsi), ingilis dili (Azərbaycan və rus bölməsi), kimya, fiziki tərbiyə fənləri üzrə müsahibələr təşkil olunub. Müsahibələrin son gününə 678 nəfər dəvət olunub.

Onlardan 646 namizəd müsahibə mərhələsində iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top