Bu avtobusların hərəkəti müvəqqəti dəyişdirilir


Sabah Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsinin Hüseynbala Əliyev küçəsində kanalizasiya kollektorunun inşası ilə əlaqədar tikinti-quraşdırma işləri həyata keçiriləcək.

Bu barədə Yeniavaz.com-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, buna görə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək müvəqqəti məhdudiyyətlərə uyğun olaraq 173 A və 179 nömrəli avtobusların hərəkət sxemləri müvəqqəti dəyişdirilərək K.Kərimov küçəsi, Dənizkənarı yol və M.Mirqasımov küçəsi ilə təşkil ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top