Masallıda dağlıq ərazidə yanğının söndürülməsinə 2 helikopter cəlb edildi - Yenilənib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Yeniavaz.com-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


***16:10
Masallı rayonunda dağlıq ərazidə yanğın başlayıb.

Bu barədə Yeniavaz.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə rayonun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazisində qeydə alınıb.
Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının söndürülməsi istiqamətində işlər aparır.

DİGƏR XƏBƏRLƏR

Top