AZAL-ın Bakı-Moskva reysi gecikir


"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin aviaşirkətinin Bakı-Moskva ("Vnukovo" aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysinin uçuşu texniki səbəbdən gecikir.

Yeniavaz.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib. Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.

DİGƏR XƏBƏRLƏR

Top