Əkiz qardaşlar yüksək bal topladılar - Video


Şəki rayon Baş Şabalıd kənd tam orta məktəbinin məzunları Məmmədov Ümman və Məmmədov Ayaz əkiz qardaşdırlar. Onlar buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən yüksək nəticə göstəriblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TehsilBiz TV”nin qardaşların evindən hazırladığı reportajda bildirilib.
Belə ki, Ümman Məmmədov I ixtisas qrupu üzrə 685 bal toplayaraq Şəki rayonu üzrə birinci yerin sahibi olub. Onun əkiz qardaşı Ayaz Məmmədov da I ixtisas qrupu üzrə 603 bal toplamaqla adını yüksək nəticə sahibi olan abituriyentlərin sırasına yazdırıb.
Onlar əldə etdikləri müsbət nəticələrə görə valideynlərinə və müəllimlərinə borclu olduqlarını bildiriblər.
Qeyd edək ki, Ümman və Ayaz Məmmədov qardaşları Şəki Hazırlıq Mərkəzinin dinləyiciləridir. 2014-cü ildən Şəki şəhərində fəaliyyətə başlayan Hazırlıq Mərkəzində abituriyent, təkmilləşdirmə, ibtidai sinif, YÖS, MİQ və magistr hazırlıqları mövcuddur. Mərkəzdə həmçinin "Cambridge" proqramı əsasında ingilis dili danışıq dərsləri də tədris olunur. Builki məzunlardan 14 nəfər 600 baldan yuxarı, 24 nəfər isə 500-599 bal arası nəticə göstərib. I, II və III qrup üzrə Şəki birinciləri də Hazırlıq Mərkəzinin dinləyiciləridir.

DİGƏR XƏBƏRLƏR

Top