Polisin məhkəməyə verdiyi AXCP fəalının ittihamı ağırlaşdırıldı


Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Gülnarə Rəhimovanın işi üzrə Xətai Rayon Məhkəməsində hazırlıq iclası keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Hamam Times” məlumat yayıb.
Bildirilib ki, Gülnarə Rəhimova barəsində seçilmiş 147.1 maddəsi ağırlaşdırılaraq, 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə əvəz edilib.
Qeyd edək ki, növbəti məhkəmə prosesi 30 avqust 15:15-ə təyin olunub.
Xatırladaq ki, AXCP fəalı Gülnarə Rəhimova “Sərhədləri Bağlama!” etiraz aksiyasında sonra polis əməkdaşlarından Seymur İmanov barəsində feysbuk profilində paylaşım edib. Bundan sonra polis serjantı Seymur İmanov siyasi fəalı məhkəməyə verib.

DİGƏR XƏBƏRLƏR

Top