İtaliyada 36 yaşlı şəxs eyni vaxtda 3 virusa yoluxdu


Siciliya sakini eyni vaxtda həm koronavirus, həm meymunçiçəyi həm də HİV infeksiyasına yoluxub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Palermo Today” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 36 yaşlı kişi bir neçə gün qaldığı Madriddən iyunun sonunda Palermoya qayıdıb. Tezliklə o, koronavirus infeksiyasına xas olan simptomları hiss edib. Koronavirus testi müsbət nəticə versə də, xəstənin vəziyyəti narahatlıq doğurmayıb. Bununla belə, kişinin bədənində meymunçiçəyinə xas olan səpgilər əmələ gəlməyə başlayıb. Təhlildən sonra bu analiz də təsdiqini tapıb. Növbəti yoxlamada isə onda HİV də aşkarlanıb.

 

DİGƏR XƏBƏRLƏR

Top