ABŞ Prezidenti Co Bayden Ukrayna lideri Volodimir Zelenskiyə zəng edərək Vaşinqtonun Kiyevə hərbi yardımının gedişatı barədə məlumat verəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Sabah ABŞ Prezidenti Co Bayden Prezident Zelenskiyə zəng edərək ABŞ-ın təhlükəsizlik yardımı ilə bağlı məlumat verəcək”, - deyə qeyd edib.