Ağdaş Xəstəxanasında ağaclar qanunsuz kəsilir? - Açıqlama + Fotolar


Ağdaş Rayon Mərkəzi Xəstəxanasının həyətində ağacların qanunsuz kəsildiyi iddia olunub.

Bu barədə rayon sakinləri Yeniavaz.com-a müraciətlərində bildiriblər.
İddialarla bağlı saytımıza açıqlama verən Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Bəhruz Məhəmmədov bildirib ki, Xidmətə daxil olan şikayət araşdırılıb. Araşdırma zamanı sözügedən ərazidəki qurumuş və qəzalı vəziyyətdə olan ağacların götürülməsi ilə bağlı Ağdaş Rayon Mərkəzi Xəstəxanası tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunduğu müəyyən edilib.
“Müraciət əsasında əraziyə baxış keçirilib, qurumuş və qəzalı vəziyyətdə olan ağacların hər birinin əvəzinə payız mövsümündə yenilərinin əkilməsi şərtilə götürülməsinə müsbət rəy verilib”.
B.Məhəmmədov qeyd edib ki, götürülmüş ağacların əvəzinə yerli iqlim şəraitinə uyğun yeni ağacların əkilməsi üçün Ağdaş Rayon Mərkəzi Xəstəxanasına tapşırıq verilib.















DİGƏR XƏBƏRLƏR

Top