İsrail şirkəti Dəniz Ticarət Limanına təhlükəsizlik sistemi satacaq – Ermənistana da satıb...


Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tərəfindən keçirilən tender müsabiqəsinin qalibi İsrailin “Magal Security Systems Ltd” şirkəti olub.
Yeniavaz.com
 xəbər verir ki, qalib şirkət Bakı Beynəlxalq Dəniz Ticarət Limanına vahid inteqrasiya olunmuş təhlükəsizlik sistemi və avadanlığı satacaq. Qarşılığında 5 milyon 100 min manat alacaq.
Məlumat üçün bildirək ki, “Magal Security Systems Ltd” şirkəti daha əvvəl Ermənistanın paytaxtı İrəvanda yerləşən Zvartnos Beynəlxalq Hava Limanı üçün də təhlükəsizlik sistemləri satıb.

Onu da qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tərəfindən keçirilən daha bir tender müsabiqəsinin qalibi isə Türkiyənin “Loyd tersanecilik ve denizcilik sanayi ve tic. Ltd" şirkəti olub.
Qalib şirkət Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yedək gəmisi satacaq və qarşılığında 5 milyon 52 min 661 manat alacaq.


A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top