SEPAH-ın dəstəklədiyi qüvvələr bombalandı - Bayden göstəriş verdi


ABŞ silahlı qüvvələri Deyr əz-Zövrdə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli qrupların istifadə etdiyi infrastruktur obyektlərinə hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Ordusunun Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti məlumat yayıb.
“Prezident Baydenin göstərişi ilə ABŞ hərbi qüvvələri bu gün (23 avqust - red.) Suriyanın Deyr əz-Zövr bölgəsinə dəqiq hava zərbələri endirib.
Bu dəqiq zərbələr ABŞ qüvvələrini avqustun 15-də İranın dəstəklədiyi qrupların ABŞ personalına qarşı törətdiyi hücumlardan müdafiə etmək və qorumaq məqsədi daşıyır. ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı qrupların istifadə etdiyi infrastruktur obyektlərinə zərbələr endirib”, - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top