"Qarabağ" mübarizəni AL-də davam etdirəcək


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu Çexiyada “"Viktoriya” (Plzen) komandasının qonağı olub.
Yeniavaz.com
xəbər verir ki, “Dusan Arena”da oynanılan matçda “Viktoriya”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında Bakıda təşkil olunan ilk matçda hesab açılmayıb. İki oyunun nəticəsinə görə, “Qarabağ” klubu turnirdə mübarizəni dayandırıb.
Ağdam təmsilçisi çıxışına UEFA Avropa Liqasının qrup mərhələsində davam edəcək.
Məlumat üçün bildirək ki, 2022-2023 mövsümü üçün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi avqustun 26-da Bakı vaxtı ilə 15:00-da Türkiyənin İstanbul şəhərində baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top