Tokayevin rəsmi qarşılanma mərasimi olub - Yenilənib


Avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub.
Yeniavaz.com
xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Respublikasının Prezidentinə raport verdi.
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Prezident Kasım-Jomart Tokayev Azərbaycan əsgərlərini salamladı.
Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyəti Qazaxıstan Prezidentinə, Qazaxıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.




 

***10:26
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gün Azərbaycana rəsmi səfər edəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfərin gündəliyinə ticarət-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, ümumilikdə Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafının müzakirəsi daxildir. Səfər zamanı bir sıra ikitərəfli sənədlərin imzalanması da planlaşdırılır.

***10:00
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycana rəsmi səfərə gəlib.
Yeniavaz.com
xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

DİGƏR XƏBƏRLƏR

Top